...

Məzahir Pənahov: Azərbaycan MSK Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlığı davam etdirməyə hazırdır

Siyasət Materials 29 Aprel 2006 14:45 (UTC +04:00)
Məzahir Pənahov: Azərbaycan MSK Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlığı davam etdirməyə hazırdır

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Bu barədə aprelin 29-da jurnalistlərlə söhbətində Azərbaycanın MSK-nın sədri Məzahir Pənahov bildirib.

"2000-ci ildən başlayaraq Azərbaycan MSK "aşkarlığı" öz fəaliyyətinin əsas prioritetlərindən biri elan edib və AŞ VK MSK-nın əsas tərəfdaşlarındandır",- deyə o bildirib.

M.Pənahov xatırladıb ki, MSK hələ 2005-ci il 6 noyabr parlament seçkilərinə qədər şikayətlərin baxılması prosesinə texniki dəstək göstərilməsi xahişi ilə VK-ya məktub göndərib. Bunun nəticəsində, Bakıya xüsusi nümayəndə göndərilib və onun tövsiyyələri əsasında xüsusi təlimat hazırlanıb. "Bu təlimatdan bu günə kimi istifadə edilir, 2006-cı il 13 may seçkilərində şikayətlərə baxılması prosesi də onun əsasında aparılacaq", -deyə o davam edib.

Bununla yanaşı, MSK-nın rəhbəri deyib ki, hər bir dövlətin seçki təcrübəsinin daimi təkmilləşdirilməyə ehtiyacı var. Bu kontekstdə Azərbaycan bundan sonra da texniki yardım üçün VK-ya müraciət edəcək.

Respublikanın Milli Məclisinə təkrar seçkilərə hazırlıq prosesinə gəldikdə M. Pənahov qeyd edib ki, bu istiqamətdə işlər MSK tərəfindən xüsusi təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. "Bu planda hazırlıq işlərinin bütün mərhələləri dəqiq göstərilib. Əhali arasında maarifləndirmə işlərinə xüsusi əhəmiyyət verilir", -deyə MSK rəhbəri bildirib.

Onun sözlərinə görə, elektron KİV vasitəsilə, o cümlədən, "AzTI" və İctimai televiziya vasitəsilə təbliğata xüsusi yer ayrılır. Eləcə də, sahə və dairə seçki komissiyalarının üzvləri üçün treninq və seminarlar keçirilir.

Bununla yanaşı, Azərbaycanın MSK-nın rəhbəri müşahidəçilərin hüquq və öhdəliklərinin göstəriləcəyi xüsusi plakatların qarşıdakı seçkilərin fərqləndirici xüsusiyyəti olduğunu bildirib. Eyni zamanda təkrar seçkilərin keçiriləcəyi Azərbaycanın bütün 10 dairəsində xüsusi mürəkkəbdən istifadə olunacaq.

M. Pənahov onu da bildirib ki, qarşıdakı günlərdə MSK seçki dairələri üzrə bülletenlərin paylanılmasına başlayacaq. Bu prosess xüsusi tərtib olunmuş prtokollar əsasında həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti