...

Asim Mollazadə ATƏT-in Azərbaycandakı seçki missiyasının nümayəndələri ilə görüşüb

Siyasət Materials 1 May 2006 13:54 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə mayın 1-də ATƏT-in Azərbaycandakı seçki missiyası rəhbərinin müavini Harald Yepsen və seçki məsələləri üzrə mütəxəssis Rikardo Kelleri ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə respublika daxilindəki ictimai-siyasi vəziyyət, mayın 13-də keçiriləcək təkrar paralment seçkiləri müzakirə mövzusu olub. Asim Mollazadə ATƏT təmsilçilərinə Demokratik Azərbaycan Partiyasının seçki sisteminin islahatlarına dair təklifləri, partiyanın təkrar seçkilərdə iştirakı və partiya quruculuğu məsələləri barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti