...

YAP Gənclər Birliyinin təşəbbüsü ilə "Qloballaşan dünyada gənclərin iştirakı" mövzusunda dəyirmi masa keçirilib

Siyasət Materials 4 May 2006 17:05 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə "Qloballaşan dünyada gənclərin iştirakı" mövzusunda dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada gənclərin qloballaşan dünyada yeri və rolu geniş müzakirə olunub.

Tədbiri açan YAP Gənclər Birliyinin sədr müavini Zaur Adıgözəlov Azərbaycan gənclərinin qloballaşmada xüsusi rolundan və bu məsələ ilə bağlı qarşılarında duran vəziflərdən bəhs edib. YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Qloballaşan dünyada gəncliyin beynəlxalq qanunvericiliyin öyrənilməsində rolu" mövzusunda çıxış edib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan gəncliyinin qarşısında böyük vəzifələr durub: "Azərbaycan müxtəlif sivilizasiyaların qovşağındadır. Azərbaycan həm qərb, həm də şərq sivilizasiyasından bəhrələnib apardığı siyasətilə inkişaf edir. Bu inkişafda gənclərin yeri görünməlidir".

ABŞ-Azərbaycan Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov "Qloballaşan dünyada gənclərin beynəlxalq iştirakçılığı", ABŞ Təhsilli Məzunlar İctimai Birliyin sədri Fariz İsmayılzadə "Xaricdə təhsil alan Azərbaycan gənclərinin sivilizasiyalararası dialoqun formalaşmasında rolu" mövzularında çıxışlar ediblər.

Xəbər lenti

Xəbər lenti