...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Siyasət Materials 8 May 2006 13:15 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Mayın 1-5-də Gürcüstanın Supsa və Batumi limanlarından satılan bir barel AZERI LT CIF neftinin qiyməti $71,21təşkil edib ki, bu da əvvəlki həftədə olan qiymətdə nisbətən $0,13 azdır.

Trend in məlumatına görə, ötən həftə AZERI LT CIF neftinin bir barelinin maksimal qiyməti $72,69, minimal qiyməti isə $69,59 olub.

Mayın 1-5-i həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL neftinin bir barelinin maksimal qiyməti $65,17 təşkil edib ki, bu da bundan əvvəlki həftəyə nisbətən $0,01 çoxdur. Ötən həftə URAL neftinin bir barelinin maksimal qiyməti $66,72, minimal qiyməti isə $ 63,62təşkil edib.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $72,7təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $0,09 azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $74,45, minimal qiyməti isə 70,80 təşkil edib.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

I rübdə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə az neft nəql edib. Bu "AÇG" yatağından neft hasilatının artması ilə və onun ABƏŞ tərəfindən şimal boru kəməri ilə nəql olunması ilə bağlıdır. Bunun nəticəsində ABƏŞ-in nəql etdiyi yanacağın həcmi boru kəməri ilə nəql olunan neftin 80%-ni təşkil edir. ARDNŞ ayda 60-80 min tona yaxın neft nəql edir. İyun ayından ABƏŞ BTC-nin istismara verilməsi ilə əlaqədar neftin nəqlini diversifikasiya edə bilər. Lakin bu boru kəməri ilə ARDNŞ-in hasil etdiyi neftin həcminin artması ABƏŞ-in hasil etdiyi neftin həcmindən və BTC-nin tikintisi ilə bağlı işlərin gedişindən asılı olacaq. Mayda ARDNŞ Bakı - Novorossiysk boru kəməri ilə 60 min ton Urals nefti nəql edəcək.

Xəbər lenti

Xəbər lenti