...

Yeni Azərbaycan Partiyası səsvermə zamanı baş vermiş ayrı-ayrı pozuntu faktlarını qeyd edib

Siyasət Materials 13 May 2006 17:54 (UTC +04:00)

Yeni Azərbaycan Partyiası səsvermə zamanı ayrı-ayrı pozuntu faktlarını aşkarlayaraq, bu haqda məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə Trend ə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Ayrı-ayrı pozuntular 110 saylı Zaqatala seçki dairəsində və 42 saylı Sumqayit ikinci seçki dairəsinin 8,17, 23, 24, 28, 32 saylı məntəqələrində müşahidə olunub. Belə ki, deputatlığa namizəd Arif Hacılı və onun vəkilləri səsvermə prosesinə müdaxilə edərək, seçicilərə təzyiq göstərməyə cəhd edib. Digər namizəd Elnurə Mədətovanın qohumları qanunsuz vidioçəkiliş aparıb və seçiciləri ələ almağa cəhd göstərib. 42 saylı Sumqayit ikinci seçki dairəsinin müxtəlif məntəqələrində deputatlığa namizəd Mirmahmud Fəttayev Seçki Məcəlləsinin pozulması ilə müşaiyət olunan müxtəlif qanunazidd hərəkətlərə yol verib. Bununla əlaqədar müvafiq aktlar tərtib edilib.

Eyni zamanda partiyanın mətbuat xidməti bəyan edir ki, ümumilikdə 10 seçki dairəsində səsvermə Seçki Məcəlləsinə uyğun olaraq, şəffaf, azad və demokratik şəraitdə keçirilir.

Xəbər lenti

Xəbər lenti