...

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası təkrar seçkilərin gedişi və nəticələrindən razıdır

Siyasət Materials 14 May 2006 11:39 (UTC +04:00)

Dünən axşam seçkilər başa çatdıqdan sonra 38 saylı Nizami ikinci seçki dairəsində beynəlxalq müşahidə missiyasını yerinə yetirən MDB Parlamentlərarası Assambleyasının nümayəndələri Vasiliyev Sergey Aleksandroviç, Krutov Mixail İosifoviç və Çernyavski Stanislav İvanoviç bu dairə üzrə keçirilən təkrar seçkilər barədə mətbuat konfransı keçirdi.

Tədbiri giriş sözü ilə Assambleyanın baş katibi Mixail Krutov açdı. Onun sözlərinə görə, nümayəndə heyəti seçki dairəsində, o cümlədən bir neçə seçki məntəqəsində olub. Onlar həm məntəqə komisiyyası üzvləri ilə, həm də müşahidəçilərlə müxtəlif görüşlər keçirib və ilkin mülahizələri öyrəniblər. Ümumilikdə seçkilərin gedişindən razılıq bildirən Krutov dedi ki, rəhbərlik etdiyi missiya seçkilərin bu dərəcədə yüksək səviyyədə təşkil olunacağını gözləmirdi.

Stanislav Çernyavski bildirdi ki, onların fikrincə, 6 noyabr seçkilərində baş vermiş çatışmazlıqlar tam aradan qaldırılıb. Onu da əlavə etdi ki, Gəncə şəhərində təkrar seçkilər üçün 33,6 % seçici aktivliyi çox müsbət haldır. Xarici müşahidəçinin fikrincə, bu, Avropa standartlarına yaxın bir göstəricidir.

Digər nümayəndə Sergey Vasiliyev isə bildirdi ki, 6 noyabr seçkiləri ilə təkrar seçkilər arasındakı fərqi açıq aydın hiss edir. Bu, özünü exit-pollun gedişi və nəticələrində də göstərir. Belə ki, ötən seçkidən fərqli olaraq vətəndaşlar bu dəfə rahat formada, çəkinmədən exit-poll keçirən nümayəndələrə məlumatlar veriblər.

Xəbər lenti

Xəbər lenti