...

Əli Abbasov: Azercellin özəlləşdirilməsi prosesi başa çatmaq üzrədir

Siyasət Materials 18 May 2006 13:27 (UTC +04:00)
Əli Abbasov: Azercellin özəlləşdirilməsi prosesi başa çatmaq üzrədir

Azercell MM-dəki dövlət payının özəlləşdirilməsi prosesi başa çatmaq üzrədir. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 18-də jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, müəssisənin qiymətləndirilməsi prosesi artıq başa çatıb. "Təsisçilər hesab edir ki, dövlət payının qiyməti hərracın rəsmən elan edilməsinədək gizli qalmalıdır. Ancaq deyə bilərəm ki, bu qiymət çox yüksəkdir",- deyə nazir qeyd edib.

A.Abbasov bildirib ki, payızadək üçüncü mobil operatoru fəaliyyətə başlayacaq. Yeni operator klassik texnologiya ilə paralel olaraq Azərbaycana 3-cü nəsil texnologiyası da cəlb etməyi planlaşdırır ki, bu da böyük həcmdə vəsait tələb edir", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti