...

127 avtoxüliqan inzibati qaydada cəzalandırılıb

Siyasət Materials 19 May 2006 15:37 (UTC +04:00)

Aprelin 15-dən mayın 18-dək paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan 127 avtoxuliqan inzibati qaydada cəzalandırılıb. Bu barədə Trend ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Avtoxuliqanlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə (xırda xuliqanlıq) uyğun olaraq müxtəlif müddətlərə sürücülük hüququndan məhrum ediliblər.

Sürət həddini aşan 4422, qəza şəraiti yaradan 508, işıqforun qadağanedici siqnalına məhəl qoymayan 1283 sürücü barədə də müvafiq tədbirlər görülüb.

"Qeyd olunan dövr ərzində 17223 avtomobilə "Fərqlənmə nişanı" verilib. "Fərqlənmə nişanı" uerilmiş avtomobillərin sürücüləri tərəfindən dövlətə 386835,40 manat məbləğində vergi ödənilib" - deyə V.Əsədov söyləyib.

Xəbər lenti

Xəbər lenti