...

Gültəkin Hacıyeva: "AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri bu dəfə də siyasi məhbus adlandırılan məsələni qabardacaqlar"

Siyasət Materials 22 May 2006 12:42 (UTC +04:00)

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin növbəti diqqəti siyasi məhbus adlandırılan, əslində çoxdan həll olunan bir məsələyə yönələcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva qurumun Azərbaycan üzrə həmməruzəçiləri A.Qross və A.Herkelin mayın 25-də Bakıya edəcəkləri səfərə münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, həmməruzəçilər mayın 13-də parlamentə keçirilən təkrar seçkilərdən sonra Azərbaycandaki vəziyyəti öyrənmək üçün Bakıya səfər edəcəklər.

G.Hacıyeva onu da bildirib ki, qurumun yay sessiyasında Azərbaycanla bağlı hər hansı bir gərginlik yaşanmayacaq: "Çünki, təkrar seçkilər şəffaf və ədalətli keçirilib. Ona görə də həmişə olduğu kimi həmməruzəçilər daha çox tənqidi məqamlar üzərində dayanacaqlar. Daha çox Azərbaycanda baş verən prosesləri bu istiqamətdən təqdim etməyə çalışırlar. Azərbaycan üzrə həmməruzəçilər digər məruzəçilərlə müqayisədə daha çox tənqidi məqamları qabardırlar. Ona görə də onlar Azərbaycana bu dəfəki səfərlərində siyasi məhbus məsələsini qabardacaqlar".

Millət vəkili onu da vurğulayıb ki, həmməruzəçilər bir sıra QHT-lərin köməyi ilə korrupsiya cinayətlərində ittiham olunan, barəsində məhkəmə hökmü olmayan şəxsləri siyasi məhbus qismində görməyə cəhd göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti