...

"Bizim Azərbaycan" blokunun Birləşdirici Komissiyasının hesabatı dinlənilib

Siyasət Materials 22 May 2006 13:33 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunun Sədrlər Şurasının növbəti toplantısında Birləşdirici Komissiyanın hesabatı dinlənilib. Bu barədə Trend ə Birləşdirici Komissiyanın sədri, Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan bildirib.

Qeyd edək ki, adıçəkilən blokda təmsil olunan partiyalar vahid mərkəzdə birləşmək qərarına gəlib. Bunun üçün Birləşdirici Komissiya yaradılıb.

V.Bəyturan artıq bu istiqamətdə prosesin başa çatdığını vurğulayıb. Onu da bildirib ki, partiyaların birləşəcəyi vahid mərkəzin bayrağı da hazırdır: "Göy və yaşıl rəngdən ibarət olacaq bayraqda dairəvi şəkildə qırmızı ulduzlar təsvir olunacaq. Bu hələlik təklif olunan ilkin variantdır". V.Bəyturan vahid mərkəzin "Bizim yol" və yaxud da "Bizim Azərbaycan" olacağını istisna etməyib.

Onu da qeyd edək ki, adıçəkilən blokun Sədrlər Şurasının toplantısında digər məsələlərlə yanaşı blokun Vahid Gənclər Təşkilatının yaradılması ilə bağlı qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti