...

Niyazi Səfərov: Azərbaycan üçün prioritet Avropa Birliyi ölkələrinin hamısı ilə əlaqələrin yaradılmasıdır

Siyasət Materials 23 May 2006 14:05 (UTC +04:00)
Niyazi Səfərov: Azərbaycan üçün prioritet Avropa Birliyi ölkələrinin hamısı ilə əlaqələrin yaradılmasıdır

Mayın 23-də Bakıda Azərbaycan-Almaniya biznes-forumu açılıb. Forum öz işini mayın 24-də Sumqayıtda davam etdirəcək. Trend in verdiyi məlumata görə, tədbirin açılışında çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkədəki makroiqtisadi vəziyyətə toxunub, uzunmüddətli proqramların reallaşdırılması haqqında danışıb. Azərbaycanın xarici iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri Avropa Birliy i ölkələrilə əlaqələrin yaradılmasıdır. Hazırda onlarla 30 razılaşma imzalanıb. 2005-ci ildə mal dövriyyəsi 2004-cü ilə nisbətən 24% artaraq $250 mln. təşkil edib.

Almaniyanın İqtisadiyyat və texnologiyalar Federal Nazirliyinin nümayəndəsi Frank Vayzinq bildirib ki, alman mallarının Azərbaycana idxalının 90,4%, ixracın isə 81,1% artması barədə müsbət irəliləyişi qeyd edib. Bununla yanaşı, o, Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin artmasının zəruriliyini qeyd edib. Çünki Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır. Neft ixracı ilə yanaşı alman şirkətləri xammal emalına da kömək göstərə bilərlər.

"Bizim Nazirlik Azərbaycan tərəfinə öz təkliflərini vermək niyyətindədir və bu günki biznes-forum əlaqələrin gələcək inkişafına imkan yaradır. Biz eləcə də Azərbaycanı Avropa cəmiyyətinə daxil olmaq üzrə səylərini dəstəkləyirik", - deyə F.Vayzinq bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Detlef Lingemanın sözlərinə görə, diplomatik nümayəndəlik, həmçinin, qarşılıqlı münasibətlərin inkişafında yardım göstərir. Bu gün alman şirkətləri energetika sahəsində infrastruktur layihələrin həyata keçirilməsində, hüquq sisteminin təkmilləşdirilməsində yaxından iştirak edir.

Alman nümayəndə heyətinin səfərini İqtisadiyyat və Texnologiya Federal Nazirliyi, "Şərh-Avropa körpüsü" Birliyi, Azərbaycan tərəfdən isə İqtisadi İnkişaf Nazirliyi və Rabitə və İnformasiya texnologiyaları Nazirliyi təşkil edib. Biznes-forumda sənaye, energetika, alternativ elektrik enerjisi mənbələri, telekommunikasiya , tikinti, tibbi avadanlıqların istehsalı sahəsindəki 18 alman şirkətinin nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti