...

Fövqəladə Hallar Nazirliyi sistemində çalışmaq istəyənlər attestasiyadan keçəcəklər

Siyasət Materials 23 May 2006 14:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) sistemində çalışmaq istəyənlər atesstasiyadan keçəcəklər. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat uerib.

Nazir bildirib ki, qurumun yeni Əsasnaməsinə uyğun olaraq, əvvəllər başqa Nazirliklərin nəzdində və yaxud da müstəqil fəaliyyət göstərmiş, hazırda isə FHN tərkibində birləşdirilmiş idarələrin əməkdaşlarının Nazirlik sistemində işləyib-işləməmək məsələsinə yaxın vaxtlarda yenidən baxılacaq.

"İlkin araşdırmalar göstərir ki, həmin qurumlarda çalışan qeyri-mütəxəssislərin sayı çoxdur. Odur ki, belə qərara alınıb ki, əməkdaşlar atesstasiyaya cəlb olunsunlar. Atesstasiyanı müvəffəqiyyətlə keçənlər Nazirlik sistemində qalıb işləyəcəklər, digərləri isə işdən kənarlaşdırılacaqlar" - deyə K.Heydərov vurğulayıb.

Nazir həmçinin hazırda Nazirlik əməkdaşlarının ixtisarı ilə bağlı yayılan məlumatları isə təkzib edib.

Xəbər lenti

Xəbər lenti