...

AŞPA həmməruzəçiləri Avropa Şurası parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin mandatı məsələsinə dair tövsiyələr üzərində işi davam etdirir

Siyasət Materials 28 May 2006 13:09 (UTC +04:00)
AŞPA həmməruzəçiləri Avropa Şurası parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin mandatı məsələsinə dair tövsiyələr üzərində işi davam etdirir

Avropa Şurası parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Azərbaycan nümayəndə heyətinin mandatı məsələsinə dair tövsiyələr üzərində işi davam etdirir. Trend xəbər verir ki, bu açıqlamanı mayın 28-də Bakıda, üç günlük səfərin yekunlarına dair keçirdikləri mətbuat konfransında AŞPA həmməruzəçiləri Andreas Qross və Andres Herkel səsləndirib.

Onların sözlərinə görə, 13 may təkrar parlament seçkilərinə dair mövqeləri AŞPA-nın seçki monitorinq missiyasının rəhbəri Leo Platvoetin mövqeindən fərqlənmir. "Biz hesab etmirik ki, AŞPA-nın yay sessiyasında Azərbaycandakı parlament seçkirləri dair səsləndiriləcək mövqe bu ilin qış sessiyasında açıqlanan mövqedən ciddi sürətdə fərqlənsin" deyən A. Qross, vurğulayıb ki, "Azərbaycan Avropa Şurası ilə əməkdaşlığı davam etdirməlidir".

Həmməruzəçinin fikrincə, Azərbaycanın seçki qanuvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır, xüsusi ilə də seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması məsələsində.

A. Qross həmçinin qeyd edib ki, demokratik institutların təkmilləşdirilməsi - uzun müddətli prosesdir, və bu proses heç də əcnəbi bir siyasi liderin mövqeyindən və ya ölkənin iqtisadi inkişafından asılı olmalalıdır.

A. Herkel isə öz növbəsində, Azərbaycan xalqını dövlət bayramı - Respublika Günü münasibəti ilə təbrik edərək, qeyd edib ki, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikasının əsas aldığı hüquqi normlara və demokratiyaya sadiqlik prinsipləri unudulmamalıdır.

AŞPA həmməruzəçisi həmçinin "siyasi məhbuslarla" bağlı işçi qrupunun fəaliyyətini də yüksək qiymətləndirib.

Sonda A. Qross və A. Herkel bildiriblər ki, onlar siyasi məhbus miəsələsinə dair geniş hesabat hazırlayırlar. Əvvəllər bu işlə AŞPA Siyasi Komitəsinin ayırdığı məruzəçinin məşğul olduğunu bildirən həmməruzəçilər, vəziyyətin dəyişdiyinin və bu işin onlara tapşırıldığını deyiblər.

Xəbər lenti

Xəbər lenti