...

Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

Siyasət Materials 31 May 2006 16:38 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, mayın 31-də Azərbaycan prezidenti İlham Əliyevin Parisə işgüzar səfəri başa çatıb.

Mayın 29-da İ.Əliyev Azərbaycanın Parisdəki səfirliyinin açılışında iştirak edib, "Teknip" şirkətinin rəhbəri Daniel Valotu və "Total"ın kəşfiyyat və hasilat üzrə prezidenti Kristof de Morjeri qəbul edib, iş adamları ilə görüşüb və "Euronews"ə müsahibə verib.

Mayın 30-da Azərbaycan prezidenti Fransalı həmkarı Jak Şirakla danışıqlar aparıb, NATO Parlament Assambleyası iclasında iştirak edib, Fransa Senatının sədri Kristinan Ponselenin adından təşkil olunmuş qəbulda iştirak edib, "Iinci" şirkətinin prezidenti Pyer Bergerı qəbul edib və "Fiqaro" qəzetinə müsahibə verib.

Xəbər lenti

Xəbər lenti