...

Musa Pənahov: Azərbaycan və Rusiya İrana "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə görüş keçirməyi təklif edib

Siyasət Materials 1 İyun 2006 16:47 (UTC +04:00)

Azərbaycan və Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində ölkələr arasında dəmir yolunun açılması layihəsinin gerçəkləşdirilməsi məsələsini müzakirə etmək üçün görüş keçirməyi təklif edib. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 1-də Azərbaycan nəqliyyat nazirinin birinci müavini Musa Pənahov məlumat verib. Hələlik İran tərəfi təklifə cavab verməyib.

M.Pənahov İran tərəfinin Rəşt-Qəzvin yolunun inşasına başladığını bəyan etdiyini bildirib. "Hələlik Azərbaycanda işlər aparılmır. Çünki layihəni gerçəkləşdirmək üçün respublikada həyata keçirilməsi nəzərdə tutulan işlərin həcmi böyük deyil", - deyə o bildirib.

Rusiya tərəfi dəmir yolunun açılması layihəsinin dəyərinin ekspertizasını aparır. Rusiyanın fikrincə, layihənin İran ərazisində gerçəkləşdirilməsi (təxminən 300 km uzunluğunda dəmiryol xəttinin inşası) çox yüksək qiymətləndirilib. Bu layihənin son dəyəri ekspertiza başa çatdıqdan sonra müəyyən olunacaq.

Azərbaycan, Rusiya və İran beynəlxalq konsorsium yaradıb. Bu konsorsium adı çəkilən layihənin gerçəkləşdirilməsi üçün kreditlər cəlb etmək niyyətindədir. Kreditlər daşıma tariflərinin hesabına qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti