...

Asim Mollazadə Polşa səfiri ilə görüşüb

Siyasət Materials 1 İyun 2006 17:22 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə iyunun 1-də Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə ölkəmizdəki ictimai-siyasi vəziyyət, Azərbaycan-Polşa münasibətləri, Azərbaycanın Avroatlantik məkanına inteqrasiyası, Avropa Birliyinin Yeni Qonşuluq Siyasəti və digər məsələlər müzakirə olunub. Asim Mollazadə səfirə partiya haqqında ətraflı məlumat verib. Daha sonra Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan və Polşa arasındakı çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti