...

İyunun 2-dən 8-dək AŞPA-nın üç komitəsinin iclasları keçiriləcək

Siyasət Materials 1 İyun 2006 18:52 (UTC +04:00)

İyunun 2-dən 8-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər, monitorinq, Hüquqi işlər və insan hüquqları komitələrinin iclasları keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidəmtindən bildiriblər.

Tədbirlərdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Aydın Mirzəzadə, Rafael Hüseynov və Aydın Abbasov daxildirlər.

İclaslarda Avropadakı ekstremizmlə üzləşmiş müsəlman icmaları, həmməruzçilərin Bakıya son səfəri, təşkilata üzv dövlətlərin Avropa insan hüquqları məhkəməsi ilə əməkdaşlığı, Qazaxıstanda, Kosovoda, Çeçenistanda, Bolqariyada, Serbiyada, Bosniyada vəziyyət və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti