...

Azərbaycan və Rumıniya prezidentləri danışıqlar aparıb

Siyasət Materials 5 İyun 2006 11:01 (UTC +04:00)

İyunun 4-də Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə Rumıniya prezidenti Trayan Besesku ilə görüşüb.

Trend in xəbər verdiyi kimi, görüşdə dövlət başçıları Azərbaycan və Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunulub. Prezident İlham Əliyev bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir və münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Xəbər lenti

Xəbər lenti