...

Səməd Seyidov: AŞPA-nın Monitorinq Komitəsinin iclasında Andreas Qrossun Azərbaycanla bağlı fikirləri dinləniləcək

Siyasət Materials 5 İyun 2006 16:00 (UTC +04:00)

İyunun 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdə Monitorinq Komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, iclasda Azərbaycanla bağlı yalnız qurumun Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun fikirləri dinləniləcək. Nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, özü də çıxış edəcək.

Qeyd edək ki, AŞPA-nın siyasi işlər, monitorinq, Hüquqi işlər və insan hüquqları komitələrinin iclasları iyunun 2-dən 8-dək davam edəcək. Tədbirlərdə Azərbaycan nümayəndə heyətini Aydın Mirzəzadə, Rafael Hüseynov və Aydın Abbasov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti