...

Mirmahmud Mirəlioğlu: "Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyimiz istisna deyil"

Siyasət Materials 6 İyun 2006 12:53 (UTC +04:00)

"İddiamın qanun çərçivəsində təmin olunmasına nail olacam". Bu barədə Trend ə Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Onu da bildirək ki, iyunun 5-də Konstitusiya Məhkəməsi mayın 13-də parlamentə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. KAXCP sədri qeyd edib ki, buna baxmayaraq o, hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 13-də parlamentə keçirilən təkrar seçkilərdə 42 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizəd olan M.Mirəlioğlu seçkilərin nəticələrindən narazı qaldığına görə mayın 25-də MSK-dan Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə M.Mirəlioğlunun iddiasını qəbul etməyib. Buna görə də M.Mirəlioğlu Ali Məhkəməyə kassasiya şikayəti verib. İyunun 1-də Ali Məhkəmə şikayətə baxılmaq üçün yenidən Apellyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu dəfə də Apellyasiya Məhkəməsi M.Mirəlioğlunun iddiasını təmin etmədiyindən yenidən Ali Məhkəməyə müraciət edib.

M.Mirəlioğlu vurğulayıb ki, o, iddaisını qanun çərçivəsində təmin olunması istiqamətində çalışacaq: "Lazım gələrsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik".

Xəbər lenti

Xəbər lenti