...

Novruz Məmmədov: "Qarşıdakı danışıqlarda Azərbaycan və Ermənistan arasında qəti sülh sazişinin bağlanması üzrə irəliləyişin əldə olunması üçün baza yaradıla bilər"

Siyasət Materials 6 İyun 2006 14:04 (UTC +04:00)

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda yaranmış vəziyyət bir növ Ermənistana təzyiq kimi qalmaqda davam edir. Düşünürəm ki, qarşıdakı danışıqlarda tərəflər arasında qəti sülh sazişinin bağlanması istiqamətində irəliləyişin əldə olunması üçün baza yaradılacaq. Bu barədə iyunun 6-da jurnalistlərlə söhbətində Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

Onun sözlərinə görə, Buxarestdə keçirilmiş "Qara dəniz Dialoq və Tərəfdaşlıq" sammitində Azərbaycan prezidenti nitqlə çıxış edib və ölkənin həm siyasi, həm də iqtisadi sahələrdə əldə etdiyi son nailiyyətlər barədə ətraflı məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusuna xüsusi toxunub.

N.Məmmədov qeyd edib ki, hər iki dövlət başçısı arasında danışıqlar həm geniş formatda - ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə, həm də təkbətək aparılıb.

"Görüş iki gün - 1-ci gün 3,5 saat, 2-ci gün isə 1 saatdan çox davam edib.

"Danışıqlar olduqca gərgin şəraitdə davam etdirilib. Müəyyən məsələlərlə bağlı razılaşma əldə olunsa da, hələlik ümumi nəticə yoxdur", - deyə o qeyd edib.

N.Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün konkret tarixi məlum deyil. Bu görüşün 2006-cı ilin sonlarınadək keçiriləcəyi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti