ABŞ-ın Müdafiə Departamenti, Federal Təhqiqat Bürosu, o cümlədən Gömrük və sərhədləri Müdafiə Agentliyi Azərbaycanda böhran vəziyyətindən çıxış üzrə təlimlər keçirir. ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, treninqdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Müdafiə Nazirliyi və respublikanın digər hüquq-mühafizə orqanlarının 100-dək nümayəndəsi iştirak edib.
Kütləvi qırğın silahlarının aşkar olunması, öyrənilməsi və yayılmasının qarşısının alınması üçün təşkil olunmuş treninqlər iyunun 9-dək davam edəcək.