...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi Sədrlər Şurasının iyunun 7-də növbəti toplantısı keçiriləcək

Siyasət Materials 6 İyun 2006 17:04 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) Sədrlər Şurasının iyunun 7-də növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə MSƏM-in İşçi qrupunun üzvü AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Ə.Orucov qeyd edib ki, iyunun 7-də MSƏM-in Sədrlər şurasının iclasında yalnız Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının pozulması məsələsi müzakirə olunacaq: "Qərara alınıb ki, quruma daxil olan partiyalar bu məsələ ilə bağlı etiraz aksiyalarını növbəli şəkildə həyata keçirsinlər". AMİP rəsmisi onu da vurğulayıb ki, MSƏM-in indi diqqət mərkəzində yalnız bu məsələdir.

Qeyd edək ki, MSƏM-dən yalnız AMİP bu məsələ ilə bağlı İran səfirliyi qarşısında iki dəfə etiraz aksiyası keçirib. Partiyanın növbəti aksiyası isə iyunun 9-na planlaşdırılıb. Onu da bildirək ki, MSƏM-in Sədrlər şurasının növbəti iclası AMİP-in qərargahında saat 12.00-da keçiriləcək. MSƏM-ə 4 siyasi partiya və 1 hərəkat daxildir.

Xəbər lenti

Xəbər lenti