...

"Azadlıq" siyasi blokunda Dünya Azərbaycanlıları ilə İş üzrə komissiya yaradılıb

Siyasət Materials 6 İyun 2006 17:06 (UTC +04:00)

"Azadlıq" siyasi blokunda Dünya Azərbaycanlıları ilə İş üzrə komissiya yaradılıb. Trend xəbər verir ki, bu barədə adıçəkilən blokun təsisçilərindən olan AXCP sədri Əli Kərimov iyunun 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Komissiyanın yaradılmasında məqsəd Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı məsələni dünya ictimaiyyətinin diqqətində saxlamaqdır. AXCP sədri onu da bildirib ki, komissiya Güney Azərbaycanda gedən prosesləri izləyəcək və əldə olunan məlumatlar beynəlxalq təşkilatlara göndəriləcək: "Məqsədimiz insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların diqqətini İranda yaranmış vəziyyətə yönəltməkdir".

Yeni yaradılan komissiyaya Yasəmən Məhərrəmli sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti