...

AZAL-ın rəhbəri: Zaqatalada hava limanının bərpası $20 mln. həcmində qiymətləndirilir

Siyasət Materials 6 İyun 2006 20:41 (UTC +04:00)
AZAL-ın rəhbəri: Zaqatalada hava limanının bərpası $20 mln. həcmində qiymətləndirilir

Lənkəranda hava limanının bərpası layihəsi təxminən $40 mln. həcmində qiymətləndirilir. Bu barədə Trend ə AZAL dövlət konserninin rəhbəri Cahangir Əsgərov bildirib. Onun sözlərinə görə, əsas vəsaitləri bu obyektin uçuş-eniş zolağının tikintisinə sərf etmək planlaşdırılır.

Yaxın vaxtlarda Zaqatalada hava limanının bərpasını gerçəkləşdirmək nəzərdə tutulub. Onun dəyəri $20 mln. həcmində qiymətləndirilir. Hər iki hava limanında uçuş-eniş zolağı dəyişdiriləcək, vağzalın binası bərpa ediləcək, hava hərəkətinin idarə olunması sistemi modernləşdiriləcək.

Beləliklə, regionlarda aparılan bərpa işlərindən sonra hava limanları beynəlxalq status alacaq. Hazırda AZAL Gəncədə hava limanının bərpasını başa çatdırır. Bakı və Naxçıvanda da işlər başa çatıb və limanlar artıq beynəlxalq status alıb.

Xəbər lenti

Xəbər lenti