...

MSK yeni seçilmiş millət vəkillərinə deputat mandatları təqdim edib

Siyasət Materials 7 İyun 2006 17:20 (UTC +04:00)

İyunun 7-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında 13 may 2006-cı ildə Milli Məclisə bəzi dairələrdə keçirilmiş təkrar seçkilərdə yüksək səs toplayaraq millət vəkili seçilmiş namizədlərə mandatlar təqdim olunub. Trend xəbər verir ki, mandatları MSK sədri Məzahir Pənahov təqdim edib.

Mandatlar 9 saylı Binəqədi ikinci seçki dairəsindən seçilmiş Cəbrayılov Rəfael Kamil oğluna, 31 saylı Suraxanı ikinci seçki dairəsindən seçilmiş Vəliyev Əhməd Abdlulkərim oğluna, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən seçilmiş Tağıyev Baba Əli oğluna, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən seçilmiş İbrahimli Fəzail Feyruz oğluna, 103 saylı Gədəbəy seçki dairəsindən seçilmiş Məmmədhəsənov Rafiq Musa oğluna, 119 saylı Ağdam kənd seçki dairəsindən seçilmiş Sadıqov Bəxtiyar Yusif oğluna və 110 saylı Zaqatala seçki dairəsindən seçilmiş Atayev Hikmət İsmayıl oğluna təqdim olunub.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən seçilmiş Hacıyev Asəf Hacı oğlu, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilmiş Kərimov Məcid Zahid oğlu və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçilmiş İsmayılov İlyas Abbas oğlu isə üzrlü səbəblərdən təqdimatda iştirak etməyiblər.

Xəbər lenti

Xəbər lenti