Azərbaycan Dil Qurumu İctimai Birliyi iş planını hazırlayıb. Bu barədə Trend ə Azərbaycan Dil Qurumu İctimai Birliyi Təşkilat Komitəsinin sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Qeyd edək ki, adıçəkilən qurum bir qrup ziyalının təşəbbüsü ilə yaradılıb. Məqsəd Azərbaycan dilini yad ünsürlərdən qorumaq, onu türk dilinin qanunları çərçivəsində inkişaf etdirmək, dilimizin üzləşdiyi problemləri aradan qaldırmağın yollarını arayıb tapmaqdır.
S.Rüstəmxanlı bildirib ki, Azərbaycan Dil Qurumu ictimai nəzarət həyata keçirən qurumdur: "Qurum yalnız təşkilatçılarının gücü ilə fəaliyyət göstərəcək. Bizim böyük iş planımızı var. Bu planı həyata keçirmək üçün müəyyən vaxt tələb olunur. Planda Azərbaycan dilinin türk dili qanunları çərçivəsində inkişaf etdirməyin istiqamətləri müəyyənləşdirilib".
S.Rüstəmxanlı onu da vurğulayıb ki, qurumun Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün hələlik sənədlər hazırlanmayıb.