...

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi iri muzey və teatr binalarının yenidən qurulması proqramını hazırlayır

Siyasət Materials 8 İyun 2006 14:07 (UTC +04:00)
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi iri muzey və teatr binalarının yenidən qurulması proqramını hazırlayır

"Birinci mərhələdə Azərbaycanın iri muzey, kino və kino-teatr binalarının yenidən qurulması layihəsinin dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi həll olunub". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 8-də keçirilmiş mətbuat konfransında Azərbaycanın turizm və mədəniyyət naziri Əbülfəz Qarayev məlumat verib.

Onun sözlərinə görə, proqrama Dövlət Opera və Balet Teatrı, Muzeylər Mərkəzi, Akademik Dram Teatrı, Rus Dram Teatrı, İncəsənət Muzeyi və s. kimi iri binaların əsaslı təmiri daxildir. Gələcəkdə bu binaların siyahısı genişləndiriləcək. Proqrama, həmçinin, bu binaların texniki avadanlıqlarının, işıqlandırma sistemlərinin, kürsülərininr və s. təzələnməsi də daxildir.

Bu memarlıq binalarının yenidən qurulması işlərinə xarici şirkətlər cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti