...

"Bizim Azərbaycan" bloku İran səfirliyi qarşısında keçirilən aksiyaları əhəmiyyətsiz hesab edir

Siyasət Materials 9 İyun 2006 13:55 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku Güneydə soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı Bakıda keçirilən aksiyaların əhəmiyyətsiz olduğunu bildirib. Bu barədə Trend ə adıçəkilən blokda təmsil olan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib.

Partiya sədri qeyd edib ki, bu məsələ blokda dəfələrlə müzakirə olunub: "Qənaətimiz belədir ki, İran səfirliy qarşısında keçirilən aksiyalar Güneydə baş verən proseslərin sönməsinə təsir göstərmir. Çünki 5-10 nəfərin səfirlik qarşısında icazəsiz etiraz etməsinə cəhd göstərilməsi və bu cəhdin polislər tərəfindən alınmasının özü utandırıcıdır".

"Bizim Azərbaycan" blokunun rəsmisi onu da vurğulayıb ki, bu məsələni dünyanın diqqətində çıxarmaqdan ötrü möhtəşəm mitinq keçirmək lazımdır: "Qüvvələri birləşdirib geniş mitinq keçirməklə Azərbaycanın Güneydə baş verən proseslərə biganə qalmadığını sübut etməliyik". V.Bəyturan onu da bildirib ki, geniş mitinq keçirməklə bağlı blokda müzakirələr aparılıb. Yaxın günlərdə bu məsələ ilə bağlı Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələrə müraciətlər ediləcək.

Xəbər lenti

Xəbər lenti