Azadlıq Hərəkatçılar Birliyi (AHB) Ali Şurasının iyunun 14-də növbəti iclası keçiriləcək. Bu barədə Trend ə AHB Ali İcra Heyətinin sədri Təhmasib Novruzov bildirib.
T.Novruzov bildirib ki, toplantıda qurumun Mərkəzi Apartının strukturu yenidən formalaşdıralacaq, Gənc Hərəkatçılar Təşkialatınin əsasnaməsi təsdiqlənəcək, Azərbaycanın işğal edilən ərazilərində ermənilər tərəfindən ekologiyaya vurulan ziyan müzakirə olunacaq və prezidentə müraciətlər qəbul olunacaq.
T.Novruzov onu da qeyd edib ki, toplantıda eyni zamanda Gənc Hərəkatçılar Təşkilatının "Yeni Fikir" Gənclər Təşkilatına göndərdiyi müraciət də müzakirə olunacaq: "Müraciətin göndərilməsində məqsəd Ermənistanın kəşfiyyat orqanları ilə iş birliyində ittihamlanaraq həbs edilən Ruslan Bəşirlinin siyasi məhbus kimi gündəmdən çıxarılması ilə bağlı məsələləri dinc yolla həll etmək idi. Amma onlar bu müraciətimizdən boyun qaçırdıqları üçün məsələyə Ali Şurada baxılacaq".
T.Novruzov bildirib ki, müxalifət Ruslan Bəşirlini yenə də qəhrəman kimi beynəlxalq təşkilatların diqqətinə saxlasa onda AHB gəncləri yenidən AXCP qərargahı qarşısında etiraz aksiyaları keçirəcək.