...

Yaxın günlərdə Mahmudəli Çöhrəqanlı Türkiyə və Azərbaycana səfərlərinin yekunlarına dair bəyanatla çıxış edəcək

Siyasət Materials 12 İyun 2006 17:33 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının nümayəndələri iyunun 12-də Bakıda hərəkatın lideri Mahmudəli Çöhrəqanlının Türkiyə və Azərbaycana səfərlərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Qeyd olunub ki, M.Çöhrəqanlı 4 gün ərzində Türkiyədə olub və təhlükəsizliklə əlaqədar Azərbaycana deportasiya edilib.

"Hazırda M.Çöhrəqanlı ABŞ-dadır və yaxın günlər ərzində Türkiyə və Azərbaycana səfərlərinin yekunlarına dair bəyanatla çıxış edəcək", - deyə hərəkatın Bakı ofisinin nümayəndəsi Ağrı Qaradağlı bildirib.

Bundan başqa CAMOH fəalları İranda Bəzz qalasına növbəti yürüşün təşkili üçün fəal iş aparır. "Məşhur azərbaycanlı sərkərdə Babəkin anadan olmasının ildönümü münasibətilə ənənəvi yürüş iyunun 30-dan iyulun 1-dək təşkil olunacaq", - deyə A. Qaradağlı bildirib.

Xəbər lenti

Xəbər lenti