...

Azərbaycan prezidenti Qara Dəniz Ticarət və İnkişaf Bankı nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 İyun 2006 19:41 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Hayrettin Kaplanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bankın rəhbəri Bakıdakı görüşlərin nəticələrindən razılıq edərək Azərbaycanda həyata keçirilən layihələr haqqında danışıb.

Öz növbəsində Azərbaycanın dövlət başçısı qeyd edib ki, QDTİB nümayəndə heyətinin Azərbaycana səfəri tərəflər arasındakı əlaqələrin gələcəkdə inkişafına yönəldilib. İ.Əliyev "Qara Dəniz Dialoq və Tərəfdaşlıq Forumu"nun işində iştirak etdiyini xatırladaraq bildirib ki, bu tədbir zamanı Xəzər və Qara dəniz regionlarında əməkdaşlığın inkişaf aspektləri müzakirə olunub.

Xüsusilə nəqliyyat və enerji sahələrindəki regional layihələrin vacibliyini vurğulayan Azərbaycan prezidenti deyib ki, bunlar ölkələri daha da yaxınlaşdırır və iş birliyi əməli xarakter daşıyır. İ.Əliyevin sözlərinə görə, hazırda Xəzər və Qara dəniz regionları vahid bir məkan kimi qəbul edilir ki, bu da regiondakı siyasi və iqtisadi vəziyyətə, eləcə də təhlükəsizlik və sabitliyə təsir göstərir.

İ.Əliyev qeyd edib ki, Azərbaycanda bir sıra energetika və nəqliyyat layihələri uğurla həyata keçirilir ki, bu da müəyyən maliyyə dəstəyi tələb edir. Müxtəlif ölkələr, onların şirkətləri əməkdaşlıqdan mənfəət əldə olunmasını görməlidir" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti