...

E.Rüstəmov: "Azərbaycan iqtisadiyyatın inkişaf dinamikasına görə lider mövqe tutur"

Siyasət Materials 13 İyun 2006 11:36 (UTC +04:00)
E.Rüstəmov: "Azərbaycan iqtisadiyyatın inkişaf dinamikasına görə lider mövqe tutur"

İyunun 13-də Bakıda Banklar, maliyyə və investisiyalar üzrə 1-ci beynəlxalq Qafqaz sərgisi və konfransı öz işinə başlayıb. (Caucasus Banking & Finance Conference - 2006). Trend in xəbər verdiyi kimi, Azərbaycan Milli Bankının rəhbəri Elman Rüstəmov konfransın açılışında bildirib ki, Azərbaycan iqtisadiyyatın inkişaf dinamikasına görə lider mövqe tutur. "Əldə olunmuş iqtisadi nəticələr əsas məqsədin dünyanın aparıcı ölkələrinin malik olduğu göstəriciyə tədricən yaxınlaşmaq üçün sosial iqtisadi inkişafın olacağı yeni doktrina irəli sürməyə imkan verir", - deyə o bildirib.

E.Rüstəmov hesab edir ki, qeyri-neft iqtisadiyyatının yaradılması vacibdir və bu prosesdə bank sektoru hərəkətverici qüvvə rolunu oynamalıdır. "Son 10 il ərzində Azərbaycanın bank sistemində bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq həm keyfiyyət, həm də kəmiyyət dəyişiklikləri baş verib", - deyə o bildirib.

Bu gün bank xidmətlərinin yarıdan çoxu özəl bank sisteminin payına düşür. Ötən dövr ərzində bank sistemində bankların birləşməsi müşahidə olunur ki, nəticədə bunların sayı 250-dən 44-ə enib. "Bankların kapitallaşdırılması 4 dəfə, gəlirlilik 14%-dən 19%-dək artıb. Digər göstəricilər üzrə isə ikiqat artım müşahidə olunur", - deyə E.Rüstəmov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti