...

DAK Ağdamın işğalı günü ilə bağlı aksiyalar keçirəcək

Siyasət Materials 13 İyun 2006 12:16 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) iyulun 23-də Ağdamın işğalı günü ilə bağlı bir sıra ölkələrdə etiraz aksiyaları keçirəcək. Bu barədə Trend ə DAK-dan bildiriblər.

Qeyd olunub ki, DAK ABŞ, Türkiyə, Almaniya, İsveç və Hollandiyada etiraz aksiyaları keçirəcək. Eyni zamanda dünyanın bir sıra ölkələrində ermənilər tərəfindən Ağdamın işğalı günü ilə bağlı anım mərasimləri də planlaşdırılıb. O da bildirilib ki, bəzi aksiyalarda DAK sədri Cavad Derəxti də iştirak edəcək.

Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporları nümayəndələrinin də qatılacağı aksiyalarda Ermənistanın işğalçı siyasəti pisləniləcək.

Xəbər lenti

Xəbər lenti