...

Bakıda "Bank işi və maliyyə" 1-ci beynəlxalq Qafqaz sərgisi öz işinə başlayıb

Siyasət Materials 13 İyun 2006 13:07 (UTC +04:00)
Bakıda "Bank işi və maliyyə" 1-ci beynəlxalq Qafqaz sərgisi öz işinə başlayıb

İyunun 13-də Bakıda Banklar, Maliyyə və İnvestisiyalar üzrə 1-ci beynəlxalq Qafqaz sərgisi və konfransı (Caucasus Banking & Finance Conference - 2006) öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, tədbirə dünyanın 15 ölkəsindən (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Böyük Britaniya, Avstriya, Hindistan, Özbəkistan və s.) 100-ə qədər nümayəndə qatılıb.

Sərgidə 27 şirkət iştirak edir. Bunun 24-ü Azərbaycan şirkətləridir. Konfrans və sərginin keçirilməsinə rəsmi dəstək Azərbaycan Milli Bankı, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Nazirliyi tərəfindən göstəriləcək. Tədbir iyunun 13-dən 14-dək Bakıda keçiriləcək.

Bu gün konfransda müxtəlif ölkələrin maliyyə sahəsində məşğul olan nümayəndələri, o cümlədən AMB sədri Elman Rüstəmov, iqtisadi inkişaf naziri Heydər Babayev, maliyyə naziri Samir Şərifov, Gürcüstan Banklar Assosiasiyasının prezidenti Zurab Qvasaliya, AYİB-in maliyyə institutları üzrə biznes qrupunun direktoru Kurt Qayger və başqaları məruzə ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti