Sentyabrda Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının ilk iclası keçiriləcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Polşa seyminin Avropa Birliyi üzrə komissiyasının sədri və Seymlə Senatın AŞPA-dakı nümayəndə heyətinin sədri Karel Karski iyunun 13-də Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iqtisadi inkişaf naziri Heydər Babayev Polşaya səfər etməyə razılıq verib. Nazir orada Polşalı həmkarı Pyotr Voznyakla görüşəcək.