...

İKT XİN başçılarının iclasında Şimali Kipr Türk Cümhuriyyətini iqtisadiyyat və turizm naziri təmsil edəcək

Siyasət Materials 16 İyun 2006 13:06 (UTC +04:00)

İyunun 18-22-də Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyat və turizm naziri Dərviş Kamal Dəniz Azərbaycana səfər edəcək. Azərbaycan Türk İş Adamları Birliyinin katibliyindən Trend ə verilən məlumata görə, səfərdə məqsəd İslam Konfransı Təşkilatı ölkələri XİN başçılarının iyunun 19-20-də Bakıda keçiriləcək iclasında iştirak etməkdən ibarətdir.

Səfər çərçivəsində Dərviş Kamal Dəniz Azərbaycan tərəfi ilə bir sıra görüşlər, o cümlədən jurnalistlər üçün brifinq keçirəcək və ŞKTC-nin investisiya imkanları barədə onlara məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti