...

Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 16 İyun 2006 15:07 (UTC +04:00)

İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin qarşıdakı iclasında Səudiyyə Ərəbistanı Krallığını xarici işlər üzrə dövlət naziri Nizar O. Mədani təmsil edəcək. Bu barədə Trend ə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyindən məlumat verilib.

Dövlət nazirini ölkənin XİN nümayəndə heyəti müşayiət edəcək. İclasda iştirak çərçivəsində dövlət naziri Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşlər keçirmək niyyətindədir.

Xatırladaq ki, İKT XİN başçılarının qarşıdakı iclasında təşkilata üzv olan 57 ölkənin hamısının iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti