İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 88-ci ildönümü Gülüstan sarayında və hərbi hissələrdə təntənəli şəkildə qeyd olunacaq. Bu barədə Trend ə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Ramiz Məlikov məlumat verib.
"Gülüstan sarayında tədbir keçiriləcək. Həmçinin Ali Hərbi Məktəb məzunlarının buraxılışı da təntənəli surətdə qeyd olunacaq" - deyə R.Məlikov bildirib.
Bayram münasibətilə hərbi paradın keçirilməsi isə planlaşdırılmayıb.