Milli Məclisin deputatı Elman Məmmədov iyunun 22-dən 23-dək Kiyevdə "Dövlət təhlükəsizlik sektoruna parlament nəzarəti" mövzusunda keçiriləcək seminarda iştirak edəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Tədbirin təşkilatçısı BMT İnkişaf Proqramı və Ukrayna parlamentidir.
Seminarda postkommunist ölkələrində parlament fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi, təhlükəsizlik sektoru üzərində mülki nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrin nümayəndələri iştirak edəcək.