...

İstanbulda "Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumu"nun baş mərkəzinin açılış mərasimi keçiriləcək

Siyasət Materials 19 İyun 2006 19:09 (UTC +04:00)

"Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumu"nun baş mərkəzi İstanbulda fəaliyyət göstərəcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 19-da forumun prezidenti Əli Sarıkaya bildirib.

Onun sözlərinə görə, bu qərar Türkiyə rəhbərliyinin təklifilə qəbul olunub. "Başqa dövlətlər də vardı, lakin mürrəkəb seçki prosesindən sonra İslam Konfransı Təşkilatının (İKT) rəhbəri və 33-cü sessiya iştirakçısı Türkiyənin xeyrinə qərar qəbul etdi" - deyə Ə.Sarıkaya bildirib. O deyib ki, Yəmən iclasının yekunları üzrə Türkiyənin Nazirlər Kabineti prezident Əhməd Necdet Sezer tərəfindən təsdiqlənəcək əsasnaməni hazırlayıb.

"Baş mərkəz İstanbuldakı Dünya Ticarət Mərkəzinin binasında yerləşəcək" - deyə forumun prezidenti qeyd edib. O deyib ki, sentyabrın əvvəlində mərkəzin rəsmi açılış mərasimi keçiriləcək ki, orada Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan da iştirak edəcək.

Mərasimdə müxtəlif beynəlxalq təşkilatların, o cümlədən, UNDP, Avropa Şurası, İslam İnkişaf Bankı, YUNESKO və bir çox başqa qurumların nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti