...

"Azərbaycan Gənclər Federasyonu İsveç" Güney Azərbaycanla bağlı Avropa Birliyi səviyyəsində tədbirlər görülməsinə çalışır

Siyasət Materials 20 İyun 2006 17:54 (UTC +04:00)

Cənubi Azərbaycanda baş verən son hadisələrlə bağlı Azərbaycan Gənclər Federasyonu İsveç (AGFI) Avropa və İsveç parlamenti üzvləri ilə birgə Güney Azərbaycan məsələsinin beynəlxalq gündəliyə salınması yolunda ciddi fəaliyyətə başlayıb. Gənclər Federasiyasından Trend ə verilən məlumata görə, artiq adiçəkilən parlamentlərin müxtəlif nümayəndələri və AGFI arasında əməkdaşlığa nail olunub. Eləcə də məsələnin Avropa Birliyi səviyyəsində qaldırılması üçün əməli tədbirlər görülüb. Yaxın zamanlarda daha geniş tədbirlər həyata keçirilməsi planlaşdırılır.

AGFI üzvləri İsveçin Avropa Parlamentində təmsil olunan demək olar ki, bütün partiya təmsilçiləri ilə - Mühafizəkarlar, Liberallar, Solçularla görüşlər keçiriblər. Görüşlər zamanı müzakirə olunan əsas məsələlərdən bəziləri İran hakimiyyətinin və İranda 1925-ci ildə hakimiyyətə gələn Pəhləvi sülaləsindən bu yana hökm sürən assimilativ hakimiyyətldərin yetirdiyi siyasələ bağlı olub. AGFI üzvləri Avropa Birliyinin Cənubi Azərbaycan məsələsində susqunluguna dair öz narahatçılıqlarını dilə gətirib, AB-nin daha fəal şəkildə məsələyə qoşulmasına dair diləklərini bölüşüblər. Qərara gəlinib ki, AB-nin Cənubi Azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsinə münasibətində dəyişiklik baş versin.

AGFI və Avropa Parlamenti üzvləri arasindaki əməkdaşlıq nəticəsində bir sıra konkret nəticələr də əldə olunub. İsveç parldamentinin üzvü Aqne Hansson İran prezidenti Mahmud Əhmədinejada, Avropa Parlamentinin üzvü Cecilia Malmstrom və digərləri İranın İsveçdəki səfirinə müraciət ünvanlayıblar. Həmçinin Güney azərbaycanlılarla bağlı Avropa Birliyi Şurasına və Komissiyasına sorğular göndərilib.

Xəbər lenti

Xəbər lenti