...

Mark Perren de Brişambo: "ATƏT Azərbaycanın işğal olunmuş torpaqlarında yanğınlarla bağlı məruzə hazırlayacaq"

Siyasət Materials 21 İyun 2006 11:35 (UTC +04:00)
Mark Perren de Brişambo: "ATƏT Azərbaycanın işğal olunmuş torpaqlarında yanğınlarla bağlı məruzə hazırlayacaq"

"Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilər tərəfindən törədilən yanğınlar yolverilməzdir. ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi bu faktlarla bağlı narahatlıq bildirir və xüsusi məruzə hazırlayacaq. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Bakıda ATƏT-in baş katibi Mark Perren de Brişambo bəyan edib.

"Demək olmaz ki, beynəlxalq təşkilatlar bu məsələdə diqqətsizlik göstərir. Bu təşkilatlar baş verənləri hər zaman izləyir. Bununla əlaqədar ATƏT hesabat hazırlayacaq. Biz Azərbaycan tərəfinin narahatlığını yaxşı anlayırıq",- deyə Brişambo bildirib.

Baş katib bildirib ki, münaqişənin sülh yolu ilə nizamlanması üçün hələ imkan var. "Ən əsası - Buxarest danışıqlarından sonra dialoqu davam etdirməkdir. Cümə axşamı ATƏT-in Minsk Qrupunun 3 həmsədri Vyanada təşkilatın Daimi Şurasına hesabat verəcək və bununla bağlı böyük ümidlər var. Buna görə də heç kim deyə bilməz ki, proses dayanıb. Düşünürəm ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında maraqlıdır. Problemin sülh yolu ilə həlli üzrə müxtəlif variantlar nəzərdən keçirilir. Biz yalnız hər şeyin yaxşı olacağına ümid edə bilərik. Münaqişənin cari ildə həll olunacağını proqnozlaşdırmaq isə çətindir", - deyə baş katib bildirib.

Bununla yanaşı Brişambo ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən razılıq ifadə edib.

Xəbər lenti

Xəbər lenti