...

Fuad Məmmədov: "Azərbaycanın sülh səfirlərinin Beynəlxalq Sülh Uğrunda Federasiya ilə əməkdaşlığını istəməyən qüvvələr var"

Siyasət Materials 22 İyun 2006 19:23 (UTC +04:00)

Azərbaycanın sülh səfirlərinin Beynəlxalq Sülh Uğrunda Federasiya ilə əməkdaşlığını istəməyən qüvvələr var. Bu barədə Trend ə "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Cənubi Koreya Birləşmə Kilsəsinin rəhbəri Son-Mön-Munun həyat yoldaşı Xaq-Ca-Xan Munun Azərbaycana səfərinin məqsədinə münasibət bildirərkən qeyd edib.

F.Məmmədov bildirib ki, 3-4 gün bundan öncə Moskva telekanallarında munlar haqqında filmə baxıblar: "Filmdə göstərirdilər ki, guya onlar totalitar sektadır, insanlardan pul yığırlar və s. Mən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, sabiq baş nazir Rəhim Hüseynov xaricdə olmuşuq. Biz filmdə göstərinlərin heç birini müşahidə etməmişik".

F.Məmmədov bildirib ki, Munun təşəbbüsü ilə yaradılan Beynəlxalq Sülh Uğrunda Federasiyanın (BSUF) əsas məqsədi millət və dinlər arasında sülh yaratmaqla dünyada müharibələrin qarşısını almaqdır: "Biz bu məqsədi dəstəkləyirik".

F.Məmmədov onu da bildirib ki, BSUF BMT-nin binasında yerləşir və qurumun məşvərət statusu var: "Azərbaycana gələn xanımın həyat yoldaşının 90-dan artıq yaşı var. O, BMT-də bir neçə dəfə çıxış edib, ABŞ prezidenti ilə görüşüb. Biz istəyirik ki, bu təşkilat vasitəsilə Dağlıq Qarabağ probleminin həll olunmasına da təsir göstərək".

F.Məmmədov onu da bildirib ki, Munun özünün xristian olması onların bu məsələdə tutduqları mövqeyə heç bir təsir göstərmir: "Dünyada din azadlığı var, istər xristian olsun, istərsə də buddist olsun, bunun bizə aidiyyatı yoxdur. Bizi heç kim xristianlığa keçməyə dəvət etməyib. Bu insan milyonlar xərcələyir ki, dünyada sülh olsun. Məndə olan məlumata görə Munun vəsaiti ilə Azərbaycandan İsrailə gedənlər olub ki, onlar fələstinlilərlə yəhudiləri barışdırsınlar".

F.Məmmədov onu da qeyd edib ki, Munun xanımı bu məsələ ilə bağlı 180 ölkəyə səfər edib: "Onu Azərbaycana biz dəvət etməişik. Öz proqramları çərçivəsində bu səfəri reallaşdırıblar. Əgər onların fəliyyəti qanunauyğun deyilsə bunu beynəlxalq səviyyədə həll etməlidirlər. Biz bu məsələdə Azərbaycan mövqeyindən çıxış edirik". Assosiasiyanın prezidenti onu da qeyd edib ki, iyunun 22-də Munun həyat yoldaşı Azərbaycanda sülh səfirləri ilə görüşəcək: "Federasiynın xətti ilə Azərbaycanda 200-dən çox səfir adını qazanan var. Munun həyat yoldaşı sülh səfirləri ilə görüşəcək. Bizim bu federasiya ilə əməkdaşlıq etməyimizə mane olan kənar qüvvələr də var. Moskva telekanlları ilə munlar haqqında göstərilən film kimlərinsə sifarişi ola bilər".

Xəbər lenti

Xəbər lenti