Gürcüstan parlamentinin azərbaycanlı millət vəkili Kamal Muradxanov "Şərəf" ordeninə layiq görülüb. Bu barədə, Trend agentliyinin Tbilisidəki xüsusi müxbirinin yaydığı məlumata əsasən, parlamentin iclasında bəyan edilib.
Azərbaycanlı millət vəkili cəmiyyətdə demokratiyanın möhkəmləndirilməsi və xalqlar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi işindəki xidmətlərinə görə bu ordenə layiq görülüb.
Gürcüstan parlamentinin sədr müavini Camal İnaişvili onu mükafat alması münasibətilə təbrik edib və millət vəkillərini prezidentin müvafiq sərəncamı ilə tanış edib.