Azərbaycan Milli İstiqlal Partiyasının mayın 25-də keçirilən IX qurultayında Ayaz Rüstəmov partiyanın sədri seçilib. Trend in məlumatına görə, 313 nəfərin iştirak etdiyi qurultayda bir neçə iddialı şəxs - Ayaz Rüstəmov, Əli Ələkbərov, Əli Orucov, Fuad Muxtarov, Yəhya Həsənov sədrliyə namizədliyini irəli sürüb, lakin sonradan bəziləri namizədliyini geri götürüb. Səsvermə bülleteninə yalnız iki nəfərin - Ayaz Rüstəmov və Əli Ələkbərovun adları daxil edilib. A.Rüstəmov səs çoxluğu ilə AMİP-in sədri seçilib.
Qurultayda həmçinin AMİP-in Mərkəzi Şurası və Mərkəzi İntizam Komissiyası da formalaşdırılıb. Partiyanın Nizamnaməsinə bəzi əlavə və dəyişikliklər qəbul edilib.