...

Azərbaycan və Qazaxıstan SPECA çərçivəsində bir sıra ikitərəfli layihələri sərbəst şəkildə maliyyələşdirmək iqtidarındadır

Siyasət Materials 27 İyun 2006 14:27 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan SPECA çərçivəsində bir sıra ikitərəfli layihələri sərbəst şəkildə maliyyələşdirmək iqtidarındadır

BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi proqramının (SPECA) İdarəçilər şurasının iclası yüksək səviyyədə keçir və SPECA-nın iqtisadi forumu müsbət nəticə verib. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə verdiyi müsahibəsində bildirib. Onun fikrincə, Türkmənistan və Özbəkistanın şuranın iclasında olmaması SPECA-nın regional əməkdaşlıqdakı rolu və təsirini azalda bilər.

"Əgər biz SPECA-nın normal təşkilata çevrilməsini istəyiriksə, o zaman iclasda proqramın bütün iştirakçı ölkələrinin milli koordinasiyaçılarının iştirakı labüddür. Biz hesab edirik ki, ayrıca təşəbbüslər - infrastukrtur, ticarət əlavə edilərsə, SPECA-nın işi bir o qədər mürəkkəbləşəcək", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, SPECA çərçivəsində BMT maliyyə təşkilatı kimi iştirak etmir, yalnız dəstək verir. İclasda donorların iştirakı (AİB, ÜB, BVF) onların proqram çərçivəsində layihələrin maliyyələşdirilməsinə cəlb olunma imkanından xəbər verir. O hesab edir ki, Azərbaycan və Qazaxıstanın layihələrinin, ümumiyyətlə, xarici maliyyələşdirməyə ehtiyacı yoxdur. İki ölkənin iqtisadi artımı SPECA çərçivəsində bir sıra ikitərəfli layihələri sərbəst şəkildə maliyyələşdirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti