...

Azərbaycan prezidenti məşhur musiqiçi Herbi Hankooku qəbul edib

Siyasət Materials 27 İyun 2006 20:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Prezident sarayında məşhur musiqiçi Herbi Hankooku qəbul edib.

Trend agentliyinin məlumatına əsasən, dövlət başçısı Azərbaycanda caz festivalının keçirilməsinin və Herbi Hankookun bu tədbirdə iştirakının ölkəmizin mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. İ.Əliyev Azərbaycan mədəniyyətinin böyük ənənələrə malik olduğunu bildirərək bu sahənin inkişafına daim xüsusi diqqət göstərildiyini qeyd edib.

H.Hankook deyib ki, bu, onun Azərbaycana ilk səfəridir. Caz festivalının yüksək səivvəyədə təşkil olunduğunu diqqətə çatdıran qonaq Azərbaycanda mədəniyyətin inkiaşfına dövlət tərəfindən verilən dəstəyin onda xoş təəssürat yaratdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti