...

Misir Ərəb Respublikasında səfərdə olan YAP nümayəndə heyəti Xalq Məclisinin sədri Əhməd Fəthi Sürurla görüşüb

Siyasət Materials 28 İyun 2006 12:33 (UTC +04:00)

Misir Ərəb Respublikasında (MƏR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icraçı katib, millət vəkili Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti MƏR Xalq Məclisinin sədri Əhməd Fəthi Sürurla görüşüb. Trend xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyi qeyd olunub, yaxın zamanlarda Misir parlamentində də belə bir qrupun yaradılacağı bildirilib.

Azərbaycan nümayəndə heyəti "Əl-Əzhar" Dini Mərkəzinin şeyxi Məhəmməd Tantavi ilə görüşüb. Əli Əhmədov Azərbaycanla Misir arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyindən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər, Azərbaycana vurulan ziyan, qaçqın və məcburi köçkünlərimizin ağır vəziyyəti, eləcə də bu günlərdə Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin 33-cü konfransında müzakirə olunan məsələlər və qəbul edilmiş qərarlar barədə ətraflı məlumat verib.

Şeyx Məhəmməd Tantavi ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri və etnik münaqişəni insanlığa qarşı təcavüz kimi qiymətləndirib, beynəlxalq təşkilatların bu məsələyə hələ də düzgün, ədalətli qiymət vermədiyini təəssüflə qeyd edib. O, Misirin Azərbaycanın haqq işini daim dəstəklədiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti