...

İstanbulda "Qara dənizdə demokratizasiya və təhlükəsizlik" mövzusunda 8-ci beynəlxalq konqres keçiriləcək

Siyasət Materials 28 İyun 2006 12:42 (UTC +04:00)

İyunun 29-30-da İstanbulda "Qara dənizdə demokratizasiya və təhlükəsizlik" mövzusuna həsr olunmuş 8-ci beynəlxalq təhlükəsizlik konqresi keçiriləcək. Trend in xəbər verdiyi kimi, tədbir "Marşal" Fondu, NATO-nun İctimai Diplomatiya Departamenti, "Fridrix Bauman" Fondu, o cümlədən İştirak və İnkişaf naminə "ARI" İctimai Hərəkat Fondunun dəstəyi ilə təşkil olunub.

Azərbaycanı tədbirdə Prezidentin İcra Aparatının Siyasi Araşdırmalar Departamentinin rəhbəri Fuad Axundov və Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov təmsil edəcək.

Tədbirdə Gürcüstan baş nazirinin müavini, ölkənin Avropa və Avroatlantik inteqrasiyası üzrə məsul olan dövlət naziri Georgi Baramidze, ABŞ-ın Türkiyədəki səfiri Ross Vilson, Türkiyə XİN Departamenti rəhbərinin köməkçisi Rafət Ağgünay, ABŞ dövlət katibi müavininin köməkçisi Metyu Brayza, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Tedo Caparidze və başqaları iştirak edəcək.

Tədbirin sponsorları Doğuş Qrupu, BP, Petrol Ofisi, Çalık Holding, ATS, ABŞ və Hollandiyanın İstanbuldakı baş konsulluqlarıdır.

Xəbər lenti

Xəbər lenti